Çempionlar Liqasının final matçının hakimi kimdir?

22 May 2023 21:40 Çempionlar Liqası 882
Çempionlar Liqasının final matçının hakimi kimdir?

“İnter” və “Mançester Siti” arasında keçiriləcək Çempionlar Liqasının final oyununun hakimi məlum olub.

Sportinfo.az xəbər verir ki, görüş polşalı FİFA referisi Şimon Marçinyaka tapşırılıb.

“Roma” ilə “Sevilya” arasındakı UEFA Avropa Liqasının final matçını ingiltərəli Entoni Teylor idarə edəcək.

“Fiorentina” və “Vest Hem” kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında isə ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.

Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici görüş isə iyunun 7-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu