“Çempion olacağımıza mənim şübhəm yoxdur”

30 Sentyabr 2025 14:40 Qarabağ 14 399
“Çempion olacağımıza mənim şübhəm yoxdur”

“Premyer Liqaya necə başlamışıqsa, o cür də davam etmək istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmdüafiəçisi Emmanuel Addai deyib.

Ağdam təmsilçisi carı çempıionatda 5 matç keçirib.

Ötən həftələrdə 3 qələbə qazanan, 1 heç-heçə edən və 1 dəfə məğlubiyyətlə üzləşən “köhlən atlar” 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qanalı legioner bu haqda aşağıdakıları söyləyib:

“Əla başlanğıcdır. Onsuz da, hər oyunda məqsədimiz qalib gəlməkdir.

Bundan sonra da belə olacaq. Məqsədimiz növbəti dəfə çempionliq əldə etməkdir.

Liqada güclü rəqiblər çoxdur. Ancaq qarşımıza qoyduğumuz vəzifənin öhdəsindən gələcəyimizə şübhəm yoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!