“İndi ötən mövsümdən on dəfə daha yaxşıyam”

21 Avqust 2023 00:10 İspaniya 1 228
“İndi ötən mövsümdən on dəfə daha yaxşıyam”

“Real”ın futbolçusu Çud Bellingem İspaniya La Liqasının ikinci turunun “Almeriya” ilə oyununu (3:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, yaxşı oynadıqlarını söyləyib:

“Komandanın geridönüşündən, mübarizə əzmindən həzz aldım. Yaxşı oynadıq. Öncədən “Real”ın oyun zamanı necə geridönüşlər etdiyini izləmişdim. “

Bunu necə bacarırlar?” deyə, düşünürdüm. İndi bu klubun futbolçusuyam və mən də geridönüşlərdə iştirak edirəm.

Qol vurduğum və qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm. İşləməyə davam etmək lazımdır.

Ötən mövsümdən on dəfə daha yaxşıyam. “Real”da çox rahatam və hər gün nələrsə öyrənirəm.

Klubun səviyyəsi yüksəkdir. Bu səbəbdən, komanda yoldaşlarımın dediyi hər şeyi qəbul edirəm”.

İngiltərə millisinin üzvü La Liqada “Real”ın heyətində iki oyuna çıxıb, üç qol vurub, bir məhsuldar ötürmə edib.

“Kral klubu” növbəti turda “Selta”nın qonağı olacaq, “Almeriya” isə “Kadis” səfərinə yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"