Çempionlar Liqasında həftənin ən gözəl qolu - VİDEO

26 Noyabr 2021 10:20 Çempionlar Liqası 1 193
Çempionlar Liqasında həftənin ən gözəl qolu - VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaranın "Portu"ya vurduğu qol ən yaxşı seçilib.

"Bavariya"nın hücumçusu Robert Levandovskinin Kiyev "Dinamo"suna vurduğu qol 2-ci, "Yanq Boyz"un müdafiəçisi Silvana Heftinin "Atalanta"ya qolu 3-cü, Lissabon "Sportinq"indən Pedro Qonçalvesin "Borussiya"ya vurduğu qol isə 4-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti