"Mançester Siti" uddu, "Liverpul" Madriddə "Real”a uduzdu

7 Aprel 2021 00:53 Çempionlar Liqası 1 340
"Mançester Siti" uddu, "Liverpul" Madriddə "Real”a uduzdu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. "Şəhərlilər" bu görüşdən çətin qələbə ilə ayrılıblar.

6 aprel
Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 - Salah, 51.
Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.

Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.

Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Breyne, 19. Foden, 90 - Roys, 84.

Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.

Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO