"İndiki məqamda Azərbaycan millisində oynaya bilmərəm"

27 Oktyabr 2020 10:38 Bizimkilər 520
"İndiki məqamda Azərbaycan millisində oynaya bilmərəm"

Sportinfo.az xəbər verir ki, AFFA-nın bir müddətdir milləşdirmək istədiyi Əmir Ağayevin məsələsi hələ açıq qalıb.

Avqustun sonlarında Azərbaycan yığmasına dəvət almış "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi, deyəsən, hələ bir müddət də gözləməli olacaq.

Hər halda federasiya bununla bağlı növbəti dəfə FİFA-ya müraciət edib. Avqustda Yunanıstan Super Liqasında mübarizə aparan "Atromitos"la 2 illik müqavilə bağlayan israilli futbolçu Azərbaycan yığmasının formasını geyinməsinə razılıq verib.

AFFA bunu əldə rəhbər tutaraq, ali qurumdan prosesi sürətləndirməsini xahiş edib. Fəqət, FİFA-nın müvafiq komissiyası sənədləşmə məsələlərinin hələ bir müddət vaxt aparacağını diqqətə çatdırıb və AFFA-dan Əmirin əslən azərbaycanlı olmasını sübuta yetirən əlavə sənədlər istəyib.

FİFA vaxtilə İsrailin aşağı yaş qrupları üzrə yığmalarıının, o cümlədən, U-21-in şərəfini qorumuş Ağayevin valideynləri ilə bağlı Bakıdan göndərilən məlumatlarıın yetərli olmadığını da açıqlayıb.

Ağayev etiraf edib ki, İndiki məqamda millidə oynaya bilməz: "Çünki bəzi sənədlər qaydasında deyil. Problemin həll olunmasını gözləyirəm".

Digər Xəbərlər
Xəbər Lenti