Bunları niyə yazıram?

24 Oktyabr 2020 16:00 Bizimkilər 715
Bunları niyə yazıram?

Mən Laçını görməmişəm. Laçınlı dost tanışım da çox deyil.

Bəlkə də buna görə Laçın rayonu mənim üçün bu mərd insanla assosiasiya olunur.

Xocalı faciəsindən sonra əsas işi futbol oynamağı atıb könüllü olaraq Qarabağ döyüşlərinə qatılan Laçınlı Novruz Əzimovu azarkeşlər yaxşı tanıyır.

Bu il onun 60 illik yubileyi idi. Ən gözəl hədiyyəni inşallah qəhrəman ordumuz verəcək Novruz müəllimə.

Əzimov o vaxt müstəqil Azərbaycanın ilk çempionu "Neftçi"də çıxış etsə də, müharibəyə yollandığından çempionatın medalını almaq üçün yetərli sayda oyun keçirə bilməmişdi.

O dövrdə AFFA-nın prezidenti olan Fuad Musayev jest edərək Novruz Əzimova qızıl medal təqdim etmişdi. Bu foto da, səhv etmirəmsə, həmin tarixi anı əks etdirir.

Bunu niyə yazıram? Qarabağın azad edilən kənd və rayonlarından olan veteran və indiki futbolçular, idmançılar idman mediasının gündəmində olmalıdı. Novruz Əzimovu da buna görə xatırladım.

Yaxın günlərdə Novruz müəllimin qələbə açıqlamaları və müsahibələrini görmək ümidi ilə!

***

İlk dəfədi ki "Qarabağ"ın avrokubok məğlubiyyətinə üzülmürəm. Çünki qazanan özgəsi deyil qardaş İsrailin təmsilçisidi.

Kimsə mız qoymaq istəsə təkcə bu fotoya baxsın. İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Gəncədə erməni raketlərinin dağıtdığı evlərdə şəhid olan mülki vətəndaşlarımızı yad edir...

Bu həmin İsraildi ki, dünyada öz diplomatlarının və əhalisinin təhlükəsizliyini qoruması ilə ad çıxarıb. Adicə, İsrailin aviaşirkətləri ilə uçan istənilən sərnişinin təyyarəyə oturanacan keçdiyi təhlükəsizlik tədbirləri haqda rəvayətlər gəzir.

Eşq olsun, İsrailə!

Yaşasın, Azərbaycan İsrail qardaşlığı!

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti