Azərbaycanlı futbolçu ehtiyatda qaldı, komandası kubokla vidalaşdı

2 Noyabr 2023 08:30 Bizimkilər 1 350
Azərbaycanlı futbolçu ehtiyatda qaldı, komandası kubokla vidalaşdı

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” Türkiyə kubokunda 3-cü mərhələnin oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 1-ci liqa klubu aşağı liqa təmsilçisi "Çankaya" ilə qarşılaşıb.

Bu matçda "Tuzlaspor 1:2 hesabı ilə uduzub.

B.Həsənalızadə sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Bu məğlubiyyətlə "Tuzlaspor" kubokda mübarizəni dayandırıb.

"Tuzlaspor" - "Çankaya" - 1:2
Qollar
: Akkan, 15 (1:0), Sevinç, 53 (1:1), Delimehmet, 89 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti