Azərbaycanlı futbolçu Messinin tərəfini tutdu: "Şəxsən mən heç kimə…"

2 Noyabr 2023 09:00 Bizimkilər 1 054
Azərbaycanlı futbolçu Messinin tərəfini tutdu: "Şəxsən mən heç kimə…"

“Spartak”ın və Rusiya yığmasının azırbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “qızıl top”un argentinalı hücumçu Lionel Messiyə verilməsinə münasibət bildirib.

Sportinfo.az Səmədovun bu barədə fikirlərini təqdim edir:

“Dünya çempionatı – Messinin “qızıl top”u almasında əsas meyardır. Bu, onun karyerasının ən böyük nailiyyətidir.

Hər şey obyektivdir: Messi görkəmli usta və böyük futbolçudur. Amma şəxsən mən heç kimə köklənməmişəm.

Mbappe və Haland? Düşünürəm ki, onların hər ikisi də karyeralarında “qızıl top”un qalibi olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti