Ramil Şeydayev yenə üzüldü - Çempionlar Liqasında uduzdular

26 Oktyabr 2023 01:20 Bizimkilər 6 674
Ramil Şeydayev yenə üzüldü - Çempionlar Liqasında uduzdular

Asiya Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Melburn Siti"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 73-cü dəqiqə əvəzlənib.

"Buriram Yunayted" 3 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Buriram Yunayted" (Tailand) - "Melbrun Siti" (Avstraliya) - 0:2

Qollar: Lopane, 22, Maklaren, 41

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?