"Nikol Paşinyana demək istəyirəm ki..."

27 Oktyabr 2023 04:00 Bizimkilər 932
"Nikol Paşinyana demək istəyirəm ki..."

"Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var.

Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tiflisdə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib.

"Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib.

Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - baş nazir qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?