Azərbaycanlı futbolçular xaricdə üz-üzə gəldi, o, adını tabloya yazdırdı - VİDEO

01:00 Bizimkilər 88
Azərbaycanlı futbolçular xaricdə üz-üzə gəldi, o, adını tabloya yazdırdı - VİDEO

Albaniyada Superliqanın 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana) səfərdə Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb. Vüsal fasilədə əvəzlənib. 90 dəqiqə meydanda olan müdafiəçi Zamiq isə 17-ci dəqiqədə komandasının ilk qolunu vurub.

"Eqnatiya"da digər qolu isə 56-cı dəqiqədə Somayla Bakayako rəqib qapısından keçirib.

“Eqnatiya” 35 turdan sonra 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti