“Eqnatiya”da çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniyada növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Super Liqanın 35-ci turunda Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” ilə oyunun iştirakçısı olub.
Hər iki azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb. Vüsal fasilədə əvəzlənibsə, Zamiq 90 dəqiqə meydanda olub.
Komandasının 2:0 hesablı qələbəyə sevindiyi oyunda ilk qolu da Zamiq vurub. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.
“Eqnatiya” 35 turdan sonra 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

