Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, "Arda" komandası doğma meydanda "Çerno More"ni qəbul edib.
Tərəflər hərəyə 1 xalla kifayətlənərək meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
Yığmamızın futbolçusu matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.
Bu nəticədən sonra "Arda" 45 xalla 3-cü pillədə qərarlaşıb. Çerno More" isə 48 xalla liderliyini qoruyur.

