Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda 11-ci turda öz meydanında “Minnesota” ilə qarşılaşıb və 2:3 heabı ilə uduzub.
Meydan sahibləri hesabda 2:0 öndə olsalar da, qonaqlar 3 qol vuraraq əzmkar qələbə qazanıblar.
Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində - bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.
“Kolambus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.
“Kolumbus Kru” - "Minnesota" 2:3
Qollar: Habron, 31, Pikard, 56 - Yeboh, 59, 66, Markaniş, 74

