Mahiri ehtiyatda saxlayan “Kayzerslautern” darmadağın oldu

18 Aprel 01:20 Bizimkilər 443
Mahiri ehtiyatda saxlayan  “Kayzerslautern” darmadağın oldu

Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə “Holştein Kiel”in qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Mahir Emreli əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.

“Holştein Kiel” - “Kayzerslautern” 3:0
Qollar:
Tohumcu, 16, Harres, 36, Zec, 40

Digər Xəbərlər
Xəbər Lenti