Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” klubu növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda ABŞ Açıq Kubokunda aşağı liqa təmsilçisi “Riçmond Kikers” klubu ilə üz-üzə gəlib.
Matç “Kolambus Kryu”nun 3:0 hesablı qələbəsi ilə bitib.
Nəriman ilk dəfə komandasında oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
O, bir qolun vurulmasında iştirak edib. Həmin qolla bağlı MLS klubu instaqram hesabında paylaşım edib.
Lakin Nəriman komandasının heyətində ən aşağı bal alan oyunçu olub.

