Polşa Ekstraklasasında 27-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Radomyak"ın qonağı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib. Görüşdə hesabı 21-ci dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri ikinci hissənin dərhal əvvəlində tarazlığı bərpa edərək məğlubiyyətdən xilas ola biliblər.
Renat Dadaşov sabiq klubuna qarşı keçirilən matçı ehtiyat skamyasından izləyib. Xatırladaq ki, Dadaşov 2025-ci ildə "Radomyak"da çıxış edib.
Bu nəticədən sonra “Motor” 38 xalla turnir cədvəlində 8-ci pillədə yer alır.
"Radomyak" - "Motor" 1:1
Qollar: R.Volski, 47 - K.Çubak, 21

