Azərbaycanlı futbolçular Orta Asiyada 3 qol vurdu, lider oldular

6 Aprel 11:20 Bizimkilər 1 117
Azərbaycanlı futbolçular Orta Asiyada 3 qol vurdu, lider oldular

Qırğızıstan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Əliyev, İldar Alekberov və Ramin Əhmədovun formasını geyindiyi "Özgön" doğma meydanda "Asiyaqol"u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlilərimiz də bu görüşün iştirakçısı olublar. Onların hər üçün matçda meydana çıxıb. İldar Alekberov dubl edib, Ramin Əhmədov isə 1 qol vurub.

4 oyun keçirən "Özgön" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!