Əli dubl etdi, Nəriman 1-2 dəqiqə iynadı - ABŞ-dan QƏLƏBƏ XƏBƏRİ

5 Aprel 11:30 Bizimkilər 2 450
Əli dubl etdi, Nəriman 1-2 dəqiqə iynadı - ABŞ-dan QƏLƏBƏ XƏBƏRİ

ABŞ MLS liqasında 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası “Kolambus Kru” səfərdə “Atlanta Yunayted”in qonağı olub və 3:1 hesabı ilə qələbə qazanıb.

Axundzadə 90-cı dəqiqədə Marselo Herreranı əvəz edərək meydana girib. Beləliklə, bu, onun MLS-də ikinci oyunu olub.

“Kolambus Kryu” komandasından qolları isə Vessam Abu Əli (48, 53) və Maks Arfsten (61) vurublar.

Bu qələbədən sonra “Kolambus Kryu” 6 oyundan 5 xalla Şərq konfransında 11-ci yeri tutur. Şərq konfransına 13 xalla "Neşvill" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada