Mahir Emreli 7 dəqiqə oynadı, komandası “Fortuna”ya qalib gəldi

4 Aprel 17:20 Bizimkilər 667
Mahir Emreli 7 dəqiqə oynadı, komandası “Fortuna”ya qalib gəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 28-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "Kayzerslautern" doğma meydanda "Fortuna"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli meydana 83-cü dəqiqədə daxil olub.

Hazırda "Kayzerslautern" turnir cədvəlində 43 xalla 7-cidir.

"Kayzerslautern" - "Fortuna" 3:0

Qollar: Y.Rasmussen, 62, S.Şahin, 76, Daniel Hanslik 90+6

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada