Qurbanov ilk dəfə Avropada söz sahibi oldu, ayağı Niderlanda düşdü

11:00 Bizimkilər 93
Qurbanov ilk dəfə Avropada söz sahibi oldu, ayağı Niderlanda düşdü

Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.

Sportinfo.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçının baş hakimi olub.

Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusunda rəsmi xəbərdarlıq edib.

Digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti