Millimizin oyunçusu: "Başqa ölkələrdə legioner həyatı yaşamaq şansım yüksəkdir"

7 Aprel 20:40 Bizimkilər 1 059
Millimizin oyunçusu: "Başqa ölkələrdə legioner həyatı yaşamaq şansım yüksəkdir"

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli sabit legioner həyatı yaşayan azsaylı oyunçularımızdandır.

30 yaşlı yarımmüdafiəçi ilk dəfə 2021-ci ildə vətəni tərk edərək Türkiyə təmsilçisi "Keçiörengücü" ilə anlamışdı.

Hazırda "Albaniya"da "Partizani"də forma geyinir.

Aradakı 5 ildə "Eqnati"ya (Albaniya) və "Boluspor"da (Türkiyə) çıxış edib.

Bu mövsüm İsgəndərli üçün uğurlu keçir.

Meydana çıxdığı 29 görüşdə 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Yayda onu yeni ünvanlarda görə bilərikmi?

Sportinfo.az-a açıqlamasında təcrübəli oyunçu bunları deyib:

"Bəli, təkliflər var. Müxtəlif Avropa ölkələrindən maraq göstərənlər var. Hələ qərar verməmişəm. Bu günə qədər Türkiyə və Albaniyada oynamışam. Bu dəfə başqa ölkələrə getmək şansım da yüksəkdir".

Həmyerlimiz vətənə qayıtmaq ehtimalını isə yaxın buraxmayıb:

"Azərbaycan klublarından da təklif var, amma qayıtmaq fikrim yoxdu ( gülür). Legioner həyatı yaşamağa davam etmək istəyirəm. Belə mənə daha rahatdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada