Millimizin üzvünə Avropadan təkliflər var - Klubunu dəyişə bilər

1 Aprel 22:20 Bizimkilər 2 876
Millimizin üzvünə Avropadan təkliflər var - Klubunu dəyişə bilər

Cəlal Hüseynov yeni mövsümə başqa ölkədə başlaya bilər.

23 yaşlı müdafiəçinin hazırda formasını geyindiyi "Arda" ilə müqaviləsi yayda bitəcək.

Bolqarıstan təmsilçisi millimizin üzvünə yeni müqavilə təklif edib.

Amma Hüseynov qərar verməyə tələsmir.

Çünki onun xidmətində həm Azərbaycan, həm də bir neçə Avropa klubu maraqlıdır.

Cəlal vətənə qayıtmaq barədə düşünmür.

Amma başqa Avropa klubuna keçidi kifayət qədər realdı.

Müdafiəçi 2023-cü ildən "Arda"da çıxış edir.

O, arxada qalan müddətdə "Arda" formasında meydana çıxdığı 76 görüşdə 2 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada