Bolqarıstan təmsilçisi "Arda"da legioner həyatı yaşayan Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Sportinfo.az-a açıqlama verib.
Gənc oyunçu ilk olaraq bu mövsüm ölkə xaricindəki çıxışını dəyərləndirib:
"İşlərim yaxşı gedir. Komandamız 6-cı pillədə yer alır. Pley-off üçün mübarizə aparırıq. Ölkə kubokunda isə yarımfinaldayıq. Özüm davamlı meydanda oluram, nəticələrimiz də normaldır. Mövsümün sonuna qədər iddiamız davam edəcək".
Hüseynov "Bəs mövsümün sonu səni başqa klubda görə bilərikmi" sualına cavabında isə səmimi etirafla yadda qalıb:
"Bəli, məni başqa klublarda görə bilərsiniz. Çünki maraq var. Çox ciddi danışıqların getdiyi klublar var. Hamısı ölkə xaricindəndir. Hazırkı klubumdan da şifahi təklif olub. Amma hazırda rəsmi nəsə yoxdur. Azərbaycana qayıtmamağa çalışıram. İstəyim odur ki, Avropada davam edim".
XANOĞLAN

