Azərbaycan millisinin eks hücumçusu Almaniyada problemlə üzləşdi

25 Mart 08:50 Bizimkilər 599
Azərbaycan millisinin eks hücumçusu Almaniyada problemlə üzləşdi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov zədələnib.

Sportinfo.az xəbər verir ki, Berlin “Dinamo”sunun formasını geyinən hücumçu Almaniya Regionliqanın 27-ci turunda “Altqlieniçke” ilə ev matçında sıradan çıxıb.

Start heyətində meydana çıxan kapitan qarşılaşmanın startındaca xəsarət alıb. Bu üzdən məşqçilər korpusu ilk dəqiqələrdə məcburi dəyişikliyə əl ataraq, Dadaşovu əvəzləyib.

34 yaşlı forvardın durumu tibbi müayinənin nəticəsindən sonra müəyyənləşəcək.

“Dinamo” – “Altqlieniçke” görüşü 1:1 hesabı ilə başa çatıb. “Dinamo” hazırda 27 xalla çempionatda 13-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada