ABŞ-da meydana ayaq basan Nərimandan paylaşım - FOTO

08:30 Bizimkilər 110
ABŞ-da meydana ayaq basan Nərimandan paylaşım - FOTO

Azərbaycan millisinin və “Kolumbus Kryu”nun futbolçusu Nəriman Axundzadə “Major League Soccer” (MLS) debütü ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm çempionatın beşinci turu çərçivəsində keçirilən “Toronto” ilə görüşün 88-ci dəqiqəsində meydana daxil olub.

Gərgin keçən qarşılaşma “Toronto”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, bu matç gənc futbolçumuzun okeanın o tayındakı karyerasında ilk rəsmi addımı kimi tarixə düşüb.

Nəriman Axundzadə sosial şəbəkə hesabında debütü ilə bağlı fotolar paylaşaraq azarkeşlərinə təşəkkür edib.

Nəriman Axundzadə qış transfer pəncərəsində Ağdamın “Qarabağ” klubundan “Kolumbus Kryu”ya transfer olunub. Onun ABŞ təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Xəbər Lenti