Dünya klublarının həftəlik reytinq siyahısı yenilənib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqada çıxış edən komandaların mövqeləri də müəyyənləşib.
Təmsilçilərimizdən yalnız “Sabah” geridə qalan həftə ərzində irəliləyişə nail olub.
Qəsəbə təmsilçisi 61 komandanı qabaqlayaraq, 425-ci pilləyə yüksəlib. Premyer Liqamızın digər 11 klubunun hamısında geriləmə müşahidə olunub.
Siyahının ən yüksək pilləsində yer alan Azərbaycan klubu “Qarabağ”dır. Ağdamlılar 39 addım geriləyərək 144-cü sıraya yuvarlanıb.
“Sumqayıt”, “Şamaxı”, “İmişli”, “Qəbələ”, “Kəpəz” və “Karvan-Yevlax” hətta ilk “1000-lik”dən belə kənarda qalıblar.
Ümumilikdə 13 min 235 klubun yer aldığı dünya reytinqinə maksimum olan 100 xalla İngiltərə nəhəngi “Arsenal” başçılıq edir.
“Bayern” (Almaniya) 98,1 xalla ikinci, İngiltərənin digər klubu “Mançester Siti” isə 97,8 xalla üçüncüdür.
Azərbaycan klublarının reytinqdəki mövqeləri:
144 (-39). “Qarabağ” – 80,1 xal
425 (61). “Sabah” – 74,6
476 (-91). “Zirə” – 74,1
793 (-72). “Turan Tovuz” – 70,6
880 (-17). “Araz-Naxçıvan” – 69,9
942 (-34). “Neftçi” – 69,4
1213 (-32). “Sumqayıt” – 67,5
1383 (-12). “Şamaxı” – 66,4
1384 (-41). “İmişli” – 66,4
1777 (-160). “Qəbələ” – 64,3
2422 (-109). “Kəpəz” – 62,0
2755 (-116). “Karvan-Yevlax” – 61,0

