Albaniyada ölkə çempionatının 18-ci turu keçirilir.
Sportimfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Zamiq bu matçda start heyətində meydana daxil olub. M
illimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.
“Eqnatiya” 37 xalla ilk pillədə qərarlaşıb.

