Təbrizin “Səhənd” stadionunda “Azərbaycan” harayı eşidildi

02:20 Bizimkilər 71
Təbrizin “Səhənd” stadionunda “Azərbaycan” harayı eşidildi

Təbrizin "Səhənd stadionu"nda keçirilən oyunda Traktor klubunun azarkeşləri tribunaları bürüyən güclü milli ruhla yadda qalan çıxış edib.

Sportinfo.az xəbər verir ki, minlərlə azarkeşin birgə səsləndirdiyi şeir stadionda böyük coşğu və həmrəylik yaradıb.

Azarkeşlərin dillər əzbəri olan misraları belə səslənib:

Yurduma qurban canım,
Yaşa, Azərbaycanım!
Axsa damarlardan qanım,
Yazsın Azərbaycanım.

Müqəddəs torpağın var,
Qıpqırmızı bayrağın var.
Yazmışam qəlbim üstünə
Azərbaycan adını.

Ölüm varmış,
Qorxu varmış,
Bu dünyanın sonu varmış.
Bizim üçün yoxdur tasa,
Yaşa, yaşa Azərbaycan!

Tribunalardan yüksələn bu çağırışlar Təbrizdə stadion atmosferini tamamilə dəyişib, azarkeşlərin kollektiv şəkildə misraları səsləndirməsi milli birlik və qürur hissini gücləndirib.

Sosial şəbəkələrdə yayılan videolarda azarkeşlərin ritmik alqışları, şüarları və tribunadakı enerji aydın görünür.

"Traktor” azarkeşlərinin bu cür çıxışları Güney Azərbaycanda milli kimlik və həmrəylik mövzularının idman tribunalarında tez-tez ön plana çıxması ilə diqqət çəkir.

Yayımlanan görüntülər qısa zamanda geniş yayılaraq böyük maraq doğurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1