Zamiq oynadı, uddular

15 Dekabr 2025 08:30 Bizimkilər 524
Zamiq oynadı, uddular

Albaniya çempionatında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə Tirana "Dinamo"su ilə qarşılaşıb.

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Görüş "Eqnatiya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran “Eqnatiya” turnir cədvəlində ikinci pilləsində yerini möhkəmləndirib. Komanda lider “Elbasani”dən cəmi 1 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti