Almaniya klubunda çıxış edən azərbaycanlı millimizə cəlb olunacaq?

17:20 Bizimkilər 231
Almaniya klubunda çıxış edən azərbaycanlı millimizə cəlb olunacaq?

AFFA Almaniyada - “Qröyter Fürt”də çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllını izləyir.

Bu barədə AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev məlumat verib.

Sportinfo.az xəbər verir ki, p, AZƏRTAC-a 2011-ci il təvəllüdlü oyunçunu diqqət mərkəzində saxlayacaqlarını bildirib:

“Tuncay yarımmüdafiəçidir. Bir həftə əvvəl onun haqqında mənə məlumat verilib.

İndi həmin futbolçunun videolarına baxacağıq. Bəyəndiyimiz halda aşağı yaş qrupları üzrə yığmaya dəvət edəcəyik”.

Bəxtiyar Musayev T.İsmayıllı ilə yanaşı, Almaniyanın digər klubu “Essen-Şönebek”də forma geyinən və daha əvvəl U-21 millimizə dəvət alan Murad Həmidovu da izlədiklərini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti