Rüfətin komandası uduzdu

13 Dekabr 2025 11:20 Bizimkilər 714
Rüfətin komandası uduzdu

Xorvatiya çempionatında 17-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” səfərdə “Vukovar 1991”in qonağı olub.

Abdullazadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Matç “Varazdin”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu məğlubiyyətdən sonra 23 xalda qalan Abdullazadənin komandası 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!