Azərbaycanlı gənc İspaniya klubu ilə ANLAŞDI

11 Dekabr 2025 17:00 Bizimkilər 797
Azərbaycanlı gənc İspaniya klubu ilə ANLAŞDI

Azərbaycanlı futbolçu İspaniya klubunda çıxış edəcək.

Söhbət Hüseyn Əhmədovdan gedir.

O, üçüncü liqada çıxış edən "Alboraya" klubu ilə anlaşıb.

Həmyerlimizin 19 yaşı var.

Gənc oyunçu sağ cinah müdafiəçisidir.

Əhmədovun daha əvvəl də İspaniya təcrübəsi olub.

Arxa xətt oyunçusu bir müddət "Levante" akademiyasında futbolun sirlərini öyrənib.

İstedadlı futbolçu "Dinamo"nun yetirməsidir və əsas komandada forma geyinib.

Xatırladaq ki, ikinci liqa təmsilçisi olmasına baxmayaraq, "Dinamo"nun aşağı yaş qrupları fəaliyyət göstərir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti