Albaniya çempionatında 15-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında “Vora”nı qəbul edib.
Matça ehtiyatdan başlayan həmyerlimiz 78-ci dəqiqədə Edison Ndrecanın əvəzinə oyuna qoşulub.
Görüş Zamiqin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Eqnatiya” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda lider “Elbasani”dən cəmi 1 xal geri qalır.

