“Müdafiəçilərimizin onun liderlik etdiyi hücum xəttini dayandıracağına inanıram”

7 Dekabr 2025 01:50 Bizimkilər 417
“Müdafiəçilərimizin onun liderlik etdiyi hücum xəttini dayandıracağına inanıram”

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su Almaniya Regionalliqanın 18-ci turu çərçivəsində bu gün “Halleşer”i qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, “Halleşer”in məşqçisi Robert Şröder qarşılaşma ilə bağlı fikirlərini bildirib.

O, xüsusən də, rəqibin hücumçusu olan Dadaşovdan çəkindiklərini etiraf edib:

“Milad öncəsi qəribə vəziyyət yaranıb. İndidən mövsümün sonu üçün konkret hədəf müəyyənləşdirmək istəmirik.

Əsas fikrimiz “Dinamo” ilə oyunadır. Rəqibin çox güclü hücum xətti var.

Əsasən də,komandanın ən təcrübəli oyunçusu olan kapitan Rüfət Dadaşovu qeyd etmək lazımdır.

Buna baxmayaraq, müdafiəçilərimizin Dadaşovun liderlik etdiyi hücum xəttini dayandıracağına inanıram. İlin son səfər matçından qələbə ilə dönmək istəyirik”.

17 turdan sonra “Halleşer” 28 xalla 6-cı, “Dinamo” isə 16 xalla 14-cü pillədə qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi