“Mən bunu desəm, yalan olar” - Afrikadakı azərbaycanlı

28 Noyabr 2025 23:40 Bizimkilər 567
“Mən bunu desəm, yalan olar” - Afrikadakı azərbaycanlı

“Nə gizlədim, burada Türkiyədən daha çox xəbərdardırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Stellenboş”un azərbaycanlı legioneri Turan Manafov deyib.

27 yaşlı müdafiəçi yayda “Kəpəz”dən ayrılandan sonra heç kimin gözləmədiyi halda Afrikaya üz tutdu və 2 illik müqavilə bağladı.

Görəsən, Cənubi Afrika Respublikasında (CAR) ölkəmizi tanıyırlar?

Manafovun cavabını eşidək:

“Desəm ki, hamı tanıyır, yalan olar. Ancaq tanıyanlar var.

Hansısa futbolçunun dostu, tanışı nəvaxtsa Azərbaycanda oynayıb deyə, ölkəmizin adını eşidib. Ya da coğrafiyanı yaxşı oxuyub deyə, dünya xəritəsindəki ölkələrdənm xəbərdardır.

Tanımayan olanda Türkiyənin adını çəkirəm. Deyirəm, qardaş ölkələrik, qonşuyuq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti