Rusiya millisini seçən Babayev: “Azərbaycandan heç kim mənə müraciət etmədi”

00:50 Bizimkilər 117
Rusiya millisini seçən Babayev: “Azərbaycandan heç kim mənə müraciət etmədi”

Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət komandasında debütü barədə danışıb.

Noyabrda milli komanda Qırğızıstanda keçirilən “Manas Kuboku”nu qazanıb.

Sportinfo.az Moskva klubunun rəsmi saytına istinadən xəbər verir ki, Qırğızıstanda keçirilən turnirdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan azərbaycanəsilli hücumçu bunu pis adlandırmadığını bildirib:

“Əlbəttə ki, bunu pis adlandırmazdım. Bu, əla başlanğıc, milli komandaya gəlmək, yaxşı turnir keçirmək üçün əla fürsət idi və bəzi mükafatlar da var idi. Buna görə də, meydanda yaxşı çıxış etməyə motivasiya oldum”.

O, kuboku komandası ilə necə qeyd etdiklərindən də danışıb:

“Oyundan sonra qeyd etdik, avtobusda nəsə oxuduq, əyləncəli idi”.

Babayev daha əvvəl Azərbaycandan ona heç kimin müraciət etmədiyini demişdi:

“Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi”.

Babayev 3 qolla turnirin bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!