Bir neçə gün öncə Qırğıstanın "Abdış-Ata" klubundan ayrılan azərbaycanlı futbolçu İlkin Muradov yenidən sözügedən ölkəyə qayıtmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında futbolçu özü bildirib.
O, Premyer Liqa təmsilçisi ilə müqavilə müddəti bitdiyi üçün yolları ayırdığını söyləyib:
"Klubla 5 aylıq, yəni qışa qədər müqavilə bağlamışdım. Orada mövsüm bir il olur, çempionat yaz-payız sistemi ilə keçirilir.
Qış aylarında futbol olmur. Müqaviləmin müddəti başa çatdı və Azərbaycana qayıtdım.
Yenidən Qırğızıstana getmək istəyirəm, bir neçə variant var. Menecerimlə təklifləri dəyərləndirib uyğun seçim edəcəyik".
"Abdış-Ata" Qırğızıstan Premyer Liqasında mövsümü 54 xalla 3-cü pillədə başa vurub.

