Cənubi Azərbaycan klubu ÇL-də növbəti qələbəsini qazandı

26 Noyabr 2025 08:40 Bizimkilər 477
Cənubi Azərbaycan klubu ÇL-də növbəti qələbəsini qazandı

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 5-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi Özbəkistanda “Nasaf”ın qonağı olub.

Görüş “Traktor”un qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda teganə qolu 17-ci dəqiqədə Legi Luşkja vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Traktor” 11 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Yarışda ümumilikdə 12 komanda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"