Cənubi Azərbaycan klubundan ÇL-də növbəti qələbə

4 Noyabr 2025 08:50 Bizimkilər 690
Cənubi Azərbaycan klubundan ÇL-də növbəti qələbə

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 4-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında "Əl-Şorta" (İraq) ilə qarşılaşıb.

Görüş “Traktor”un böyük qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda teganə qolu 26-cı dəqiqədə Mehdi Torabi vurub.

Ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 8 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Al-qurdlar" lider "Əl-Vahda"dan (BƏƏ) 2 xal geri qalır.

Yarışda ümumilikdə 12 komanda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"