Mahir Emreli yenə də kənarda qaldı - “Kayzerslautern”də

3 Noyabr 2025 08:50 Bizimkilər 1 260
Mahir Emreli yenə də kənarda qaldı - “Kayzerslautern”də

Azərbaycanlı hücumçu Mahir Emreli Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern” növbəti oyununda da heyətə daxil edilməyib.

Sportinfo.az xəbər verir ki, Emrelinin komandası XI tur çərçivəsində səfərdə Düsseldorf “Fortuna”sına qarşı oyunayıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Emreli son dəfə avqustun sonunda – çempionatın 3-cü turunda meydana çıxıb. O vaxtdan bəri forvard heç bir oyunda forma geyinməyib.

Mahir yayda “Nürnberq”dən “Kayzerslautern”ə keçib. O, bundan öncə Polşanın “Legiya”, Xorvatiyanın “Dinamo” və Türkiyənin “Konyaspor” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM