Milimizin müdafiəçisi Cənubi Koreyada qol vurdu, komandası qələbəyə sevindi

02:50 Bizimkilər 193
Milimizin müdafiəçisi Cənubi Koreyada qol vurdu, komandası qələbəyə sevindi

Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Seul”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. Komandasının ilk qolunu da millimizin müdafiəçisi vurub.

35 turdan sonra aktivində 61 xal olan “Daejeon” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!