Azərbaycanlı müdafiəçi getdiyi ölkədə qol vurdu

16 Yanvar 2025 01:10 Bizimkilər 893
Azərbaycanlı müdafiəçi getdiyi ölkədə qol vurdu

Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Kastrioti"ni qəbul edib.

Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. Millimizin üzvü 15-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM