COP29

"Qaçsın Stepan, Xan kəndinə qayıdır..." - "Sportinfo TV" Xankəndi küçələrindən VİDEO hazırladı

23 Dekabr 2023 11:40 Bizimkilər 1 242
"Qaçsın Stepan, Xan kəndinə qayıdır..." - "Sportinfo TV" Xankəndi küçələrindən VİDEO hazırladı

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – MOİK matçını izləmək üçün Xankəndiyə yollanan "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovun sosial şəbəkədəki paylaşımı maraqla qarşılanıb.

Tanınmış yazarın paylaşımı Xankəndinin əsas prospektindən çəkdiyi videogörüntülər fonunda çox duyğulandırdı:

"Xankəndi indi başqa bir təbiətlə, dağlarının, daşlarının gözəl bir görkəmi ilə əzizlərinin yolunu gözləyir.

Əlbəttə ki, doğma ağuşa qayıdan qədim şəhərimiz bu sevinci elə əbədi də yaşayacaq.

Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada qaldırdığı üçrəngli bayrağımız bir daha enməyəcək.

O bayraq təkcə bir dövlət rəmzimiz deyil, həm də hər birimiz üçün qürur, ləyaqət, qeyrət simvoludur".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"