Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçu Coşqun Diniyevin formasını geyindiyi 1-ci liqa klubu “Ümraniyespor” aşağı liqa təmsilçisi “Orduspor 1967” ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Coşqun 77-ci dəqiqədə meydana daxil olub. Bu qələbə ilə "Ümraniyespor" növbəti mərhələyə yüksəlib.
"Ümraniyespor" - “Orduspor 1967” - 5:1
Qollar: Qlumak, 3 (1:0), Demir, 6 (2:0), Eser, 19 (2:1), Okutan, 39 (3:1), Arıcı, 67 (4:1), Klonaridis, 81 (5:1)

