Volkan Demirel azərbaycanlı hücumçuya bu oyunu kənardan izlətdirdi - VİDEO

2 Noyabr 2023 01:20 Bizimkilər 1 068
Volkan Demirel azərbaycanlı hücumçuya bu oyunu kənardan izlətdirdi - VİDEO

Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Sarıyer"lə qarşılaşıb.

Rəqibini 2:0 hesabı ilə məğlub edən hataylılar adını növbəti raunda yazdırıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvardın adı matçın iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Volkan Demirel Renatla yanaşı, bir neçə əsas oyunçusuna istirahət verib.

"Hatayspor" - "Sarıyer" 2:0
Qollar
: Strandberq, 48, Matondo, 90+1

Digər Xəbərlər
Xəbər Lenti