“Mən qarşıma həmişə məqsəd qoyuram“.
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin və “Yurqorden“in hücumçusu Musa Qurbanlıya aiddir.
O, kollektivə uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyinə inanır:
“Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Komandada yeniyəm və gəncəm.
Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam.
Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir.
Bu, mənim yolumdur. Mübarizəni davam etdirsəz, yekunda istədiyinizi əldə edəcəksiniz”.

