Musa Qurbanlı: "Bu, baş məşqçinin qərarıdır, amma məyus olmadım"

30 Oktyabr 2023 16:20 Bizimkilər 1 028
Musa Qurbanlı: "Bu, baş məşqçinin qərarıdır, amma məyus olmadım"

“Bəzən qol vurmayanda bir az çətin olur”.

Sportinfo.az xəbər verir ki, bunu İsveçdə - "Yurqorden”də çıxış edən azərbaycanlı futbolçu Musa Qurbanlı ölkə çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədən sonra əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib:

“Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur.

Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım.

Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik”.

Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti