Musa Qurbanlını İsveçdə sevindirən hadisə - ÖZÜ AÇIQLADI

30 Oktyabr 2023 19:00 Bizimkilər 8 404
Musa Qurbanlını İsveçdə sevindirən hadisə - ÖZÜ AÇIQLADI

"Əlbəttə, atamla İsveçdəki durumum barədə danışırıq.

Oyunlardan sonra bəzən əlaqə saxlayırıq.

Atamdır, təbii ki, o da istəyər uğurlu olum. Yaxşı oynayanda sevinir".

Bunu Sportinfo.az-a açıqlamasında İsveç təmsilçisi "Yurqorden"də legioner həyatı yaşayan Musa Qurbanlı deyib.

Millimizin forvardı ondan gözləntilərin çox olduğunu bildirib. Və fikrini belə əsaslandırıb:

"İstər-istəməz diqqət olur. Avropada çox oynayan futbolçumuz yoxdur. Orda oynayanda mütləq şəkildə diqqətlər üzərimizdə olur. Bunu hiss edirsən. Çünki gözləntilər də böyükdür. Belə olan halda da məsuliyyət artır. İsveçlilər üçün də maraqlıdır, ilk dəfə Azərbaycandan bir futbolçu bu klubda oynayır".

O, İsveçdə gördüyü dəstəkdən də söz açıb:

"Azarkeşlər dəstək üçün gəlirlər. Bir neçə dəfə tribunalarda bayraqlarımızı görmüşəm. Bəzən mənə müraciət edirlər, oyunlara gəlirlər. Bu da məni sevindirir".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?